"2-3 ayı yola verib gedəcəm"
Təcrübəli hakimlərimizdən olan Vüsal Əliyev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla olan məlum qalmaqal barədə fikirlərini bölüşüb. Belə ki, Vüsal Əliyev test imtahınını verdiyini bildirsə də, Xaqani Məmmədovun öz açıqlamasında bunu təkzib etməsi ilə qalmaqalın böyüdüyü iddia edilir.
Sportal.az-a açıqlmasında Vüsal Əliyev bütün məsələlərə aydınlıq gətirib:
"Mənim Xaqani Məmmədovnan aramda heç bir hadisə baş verməyib. Mən test imtahanını vermişəm. Bunun əksini söyləmək haqsızlıq olar. Kimlərsə mənim qalmaqalla getməyimi istəyirsə, bu hadisə onlar üçün əla fürsət ola bilər. Tək istəyim 2-3 aydan sonra karyeramı bitirib hakimlikdən sakit bir şəkildə uzaqlaşmaqdır."
saytlarin hazirlanmasi