Millət vəkilindən maraqlı təklif
Azərbaycanda hazırda fəaliyyətdə olan idman mərc oyunlarının ləğv olunması təklif edilib.
Sportal.az xəbər verir ki, bu təkliflə Milli Məclisin dünən keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. Deputat qeyd edib ki, bu oyunların ləğv olunması çox vacibdir:
"Bir vaxtlar Heydər Əliyev çox yaxşı ki, Azərbaycanda kazinoları yığışdırtdı. O bu addımı ilə çox ailəni, çox gənci bu bəladan xilas etdi. İndi isə idman mərc oyunları ailələrdə problemlər yaradıb. Nə qədər ailələrin uşaqları bu bəlaya düçar olub".
Deputat bu oyunların ləğv edilməsini, bunun əvəzində keçmişdə olduğu kimi "super lotto" kimi oyunların keçirilməsini təklif edib. Deputatın təklifinə reaksiya verən spiker Oqtay Əsədov da onunla razı olduğunu bildirib.
saytlarin hazirlanmasi