2017-ci ilin sonuna qədər...
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Hindistan Futbol Federasiyasından təklif alıb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, N.Adam bu il aprelin 1-dən 2017-ci il dekabrın sonuna qədər bu ölkədə çalışacaq.
2017-ci ildə Hindistanda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi təşkil olunacaq. Təşkilatçı ölkə statusu ilə Hindistanın müvafiq yaş qrupuna aid yığması turnirdə iştirak edəcək. Nikolay Adam Hindistanın hazırkı U-15 yığmasına rəhbərlik edərək bu komandanı 2 il sonra iştirak edəcəyi dünya çempionatına hazırlaşdıracaq.
saytlarin hazirlanmasi