"Mən məcbur olub..."
"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti çəkilişi reallaşıb.
Sportal.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları sabiq FİFA referisi Anar Salmanov və "Sumqayıt" klubunun baş meneceri Ceyhun Sultanov olub. Verilişdə Premyer Liqanın XIX turu ilə bağlı müzakirələr aparılıb. Veriliş zamanı Anar Salamanov FİFA referilikdən uzaqlaşdırılması amilinə toxunaraq, bu məsələdə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu günahlandırıb :
"Mən haqsızlıqla üzləşmişəm və bu barədə mətbuata da dəfələrlə açıqlamalar vermişəm. Mən həmçinin AFFA prezidenti Rövnəq Abdullayevə də müraciət etmişdim, Rövnəq müəllim müraciətə cavab olaraq məsələyə yenidən baxılmasının təmin olunması ilə bağlı göstəriş vermişdi. Amma təəssüflər olsun ki, məsələyə baxılmadı. Mən məcbur olub ölkə prezidenti, cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etmişəm. Mən bir də onu diqqətinizə çatdırım ki, Azərbaycan hakimlərinin uğur qazanması Xaqani müəllimə sərf eləmir. Mən hakimliyə futboldan gəlmişəm, bəziləri kimi 2 kitab oxuyub hakimliyə gəlməmişəm".
Qeyd edək ki, veriliş bu gün saat 20:00-da İnterAz Tv-nin efirində yayımlanacaq.
saytlarin hazirlanmasi