Qurum qərarını açıqladı
Bu gün UEFA Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son matçında İtaliya "İnter" ilə qarşılaşmada baş verən hakim səhvlərinə baxıb.
Sportal.az xəbər verir ki, matçın son dəqiqələrində Ağdam təmsilçisi hesabı açsa da, hakim oyundankənar vəziyyət qeydə alıb.
İclasda "Qarabağ"ın şikayəti qəbul olunmayıb. UEFA-nın qərarına görə, matçın nəticəsi dəyişməz qalacaq, görüşü idarə edən baş hakim Miroslav Zelinka və onun köməkçiləri isə heç bir cəza almayacaq.
Qeyd edək ki, "Qarabağ"ı bu hakim haqsızlığına görə Avropa Liqasının pley-off mərhələsində Ukraynanın "Dnepr" klubu əvəzləyib.
saytlarin hazirlanmasi