Yaşar Vahabzadə: "Nə qədər çətin qrupa düşsək də..."

13:05 - 6 Fevral 2015

"Çoxluq bu təkliflə razılaşdı"

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məqşçisi Yaşar Vahabzadə "Avro-2017"nin seçmə mərhələsində  yer aldıqları 7-ci qrupdakı rəqibləri dəyərləndirib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, heç də asan qrupa düşmədiklərini deyib:

 

"Almaniya və Rusiya milliləri Avropada sözlərini demiş komandalardır. Avstriya və Finlandiya yığmalarını da hesabdan silmək olmaz. Nə qədər çətin qrupa düşsək də, nəticə əldə etmək üçün sonadək mübarizə aparacağıq. Əlbəttə, əsas məqsəd milli komandaya layiqli oyunçu yetişdirməkdir. Təbii ki, bununla yanaşı, turnir cədvəlində yaxşı nəticə əldə etmək də önəmlidir".

 

Y.Vahabzadə bildirib ki, "Avro-2017"nin seçmə mərhələsindəki oyunlarının təqvimi normaldır:

 

"Təqvimə gəlincə, bununla bağlı keçirilən iclasdan əvvəl Finlandiya yığmasının rəhbərliyi təklif irəli sürdü ki, mart və iyul aylarında qrupumuzda oyun olmasın. Çoxluq bu təkliflə razılaşdı. Çalışdıq elə təqvim quraq ki, əsas milli komandanın oyunları ilə bizim qarşılaşmalar arasında müəyyən qədər vaxt olsun. Hesab edirəm ki, normal təqvimdir. Yaxın günlərdə rəqiblər haqda dolğun informasiya toplayacağıq”.

Xəbər xətti