Tərlan Əhmədov: "Qəbələ"yə məğlub olsaydıq..."

16:20 - 6 Fevral 2015

"Sindiroma, farta inanmıram"
 
Azərbaycan Premyer Liqasının XX turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun başçılıq etdiyi komanda səfərdə “Qəbələ”ni 1-0 hesabı ilə məğlub etdi. 
 
Sportal.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında bunları söyləyib:
 
“Vacib 3 xal qazandıq. Çox maraqlı bir oyun oldu. “Neftçi” ilə oyundan sonra bu oyunda da qələbə qazanmaq yaxşı oldu. Biz “Neftçi” ilə oyundan sonra “Qəbələ”yə məğlub olsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidir. AZAL bu gün göstərdi ki, yerlər uğrunda mübarizəyə tam hazırdır. Futbolda qələbə də var, məğlubiyyət də var. Biz qələbə qazandıq və futbolçulara təşəkkür edirəm. Artıq biz bu oyunu yaddan çıxarmalı və qarşıdan gələn “Qarabağ”la oyuna hazırlaşmalıyıq. Futbolda istək vacibdir. Biz hər oyuna istəklə çıxırıq. Sindiroma, farta inanmıram. Sadəcə, oyunçularım matça yaxşı köklənir”.  

Xəbər xətti