George Çixradze: "Heç-heçəni ədalətli nəticə saymaq olar"

18:25 - 6 Fevral 2015

"Oyun çox gərgin alındı"
 
Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Neftçi” – “Simurq” oyununda qapılara qol vurulmadı. 
 
Sportal.az xəbər verir ki, “Simurq”un baş məşqçisi George Çixradze qarşılaşma haqqında bunları söyləyib:
 
"Oyun çox gərgin alındı. Həm "Neftçi", həm bizim komanda qələbə qazanmaq istəyirdi. Heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündür. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni  gücləndirdik və sonradan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq”. 

Xəbər xətti