Arif Əsədov: "Məqsədimiz qələbə qazanmaq idi"

18:35 - 6 Fevral 2015

Baş məşqçidən açıqlama
 
Medallara iddialı “Neftçi” Topaz Premyer Liqasının XX turunda “Simurq”la heç-heçə etdi.
 
Sportal.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda qapılara qol vurulmadı. “Neftçi”nin baş məşqçisi Arif Əsədov qarşılaşma haqqında bunları söyləyib: 
 
“AZAL-a məğlub olduqdan sonra, meydançaya qələbə üçün çıxmışdıq. Birinci hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. İkinci hissədə "Simurq" daha qapalı oynadı. Düzdür, məqsədimiz qələbə qazanmaq idi. Lakin 1 xalla kifayətləndik. Buna baxmayaraq, komandamın oyunundan razıyam”. 

Xəbər xətti