İbrahim Uzunca: "Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk"

18:20 - 7 Fevral 2015

"Əlimizdən gələni etdik"

 

Premyer Liqanın XX turunda “Qarabağ”ın qonağı olan “Bakı” 1-4 hesabı ilə məğlub oldu. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları qeyd edib:

 

“Qarabağ”a qarşı keçirilən oyunda əlimizdən gələni etdik. Qollar çox erkən vuruldu. Təşvişə düşüb iki qol buraxdıq. Çox təcrübəli komandaya qarşı oynayırdıq. "Qarabağı" təbrik edirəm. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Heyətimiz çox gəncdir. Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk".

Xəbər xətti