Baş katib su problemini həll etdi
AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı" klubunun təlim-məşq bazasına gələn suyu açdırıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, Məmmədov dünən suyun kəsildiyi yer - Qolf Federasiyasına yollanaraq suyun açılmasında birbaşa iştirak edib. Və Qolf federasiyasında Məmmədov "Bir də bu su bağlanmayacaq, soruşsalar Elxan Məmmədov belə dedi deyərsiniz" ifadəsini deyərək oranı tərk edib.
Qeyd edək ki. buna qədər bir müddətdir "Bakı"nın bazasına su maşınlarla daşınırdı.
saytlarin hazirlanmasi