AFFA "Neftçi" və "AZAL"ı cəzalandırdı

12:25 - 10 Fevral 2015

İntizam Komitəsinin iclası

 

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən iclasda qəbul olunmuş qərarlarla sizi tanış edir:

 

 

Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – AZAL matçının 78-ci dəqiqəsində AZAL klubunun 17 №-li futbolçusu Viktor İqbekoyinin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Topaz Premyer Liqasının XX turunun “Neftçi” – “Simurq” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

 

Əvəzedici heyətlərin XX turunun “Neftçi”  – “Simurq” matçında “Neftçi” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Xəbər xətti