"İki oyunda məğlubiyyət normaldı"
Azərbaycan Premyer Liqasının XXI turuna Zaqatalada keçirilən “Simurq” – “Qəbələ” oyunu ilə start verildi.
Sportal.az xəbər verir ki, oyun meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşdı.
“Qəbəli”nin baş məşqçisi Roman Qriqorçuk qarşılaşma haqqında bunları söyləyib:
“Bu gün pis oynadıq. Amma qeyd etmək istərdim ki, komandam ikinci dəfə ardıcıl məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldı. Bizim hədəflərimiz yüksəkdir. Bu yolda çətinliklərimiz olacaq. Komandam ruhdan düşməməlidir. Alnımız ağ, üzümüz açıq növbəti oyuna hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi