Tərlan Əhmədov: "Azərbaycanın ən güclü komandasına qarşı oynadıq"

18:10 - 11 Fevral 2015

"Bu oyunda1 xal da bizi qane edə bilərdi"
 
Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ” səfərdə AZAL üzərində 1-0 hesablı qələbə qazanaraq, turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirdi.   
 
Sportal.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında bunları deyib:
 
“Həqiqətən də maraqlı oyun alındı. Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardıq. Qələbə qazanmaq istəyirdik. Lakin bu oyunda1 xal da bizi qane edə bilərdi. Futbolçulara heç bir etirazım yoxdur. Sadəcə, səhvlər üzərində işləməliyik. Növbəti tur bizi çətin Sumqayıt səfəri gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq”.

Xəbər xətti