"Bəzi oyunçulardan ümumiyyətlə narazıyam"
Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Bakı” – “Sumqayıt” oyununda qapılara qol vurulmadı.
Sportal.az xəbər verir ki, "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov mətbuat konfransında oyun haqqında öz fikirlərini bildirib:
“Oyundan çox narazıyam. Bəzi oyunçulardan ümumiyyətlə narazıyam. Biz uduzmalı idik, sadəcə, bəxtimiz gətirdi. “Bakı”nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular dəyişilməli idi. Çox sayda oyunçumuz zəif təsir bağışladı. Yeni oyunçuların heyətə cəlb olunmasını mən də istəyərəm. Amma bunun üçün imkanların olması vacibdir. Hazırkı heyət üzvləri ilə ciddi söhbət mütləq olmalıdır”.
saytlarin hazirlanmasi