Baş məşqçidən açıqlama
Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Bakı” – “Sumqayıt” oyununda qapılara qol vurulmadı.
Sportal.az xəbər verir ki, "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca matç haqqında öz fikirlərini bölüşüb:
“İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Hər oyun bizim gənc oyunçuların təcrübəsi daha da artır”.
saytlarin hazirlanmasi