Baş məşqçidən açıqlama
Azərbaycan Premyer Liqasının XXI turunda “Neftçi” doğma meydanda “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub edərək, turnir cədvəlində 3-cü pilləyə yüksəldi.
Sportal.az xəbər verir ki, “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov mətbuat konfransında bunları söyləyib:
"Üçüncü dövrəyə pis başlamışdıq. Bugünkü oyunda bizə mütləq qələbə lazım idi. Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, qara zolaqdan çıxdıq”.
saytlarin hazirlanmasi