Prosineçki: "Azərbaycanlılardan ibarət yeni komanda yaratmağa çalışacağıq"

00:01 - 12 Fevral 2015

"Nə istəyirdimsə, onu da gördüm"
 
Millimizin baş məşqçisi Robert Prosineçki dünən "Bakı" - "Sumqayıt" matçının bir hissəsini canlı stadiondan izləyib.
 
Fasilədə baş məşqçi Sportal.az-a açıqlama verib:
 
"Antalyada klubların oyunlarını, məşqlərini izlədim və razı qaldım, nə istəyirdimsə, onu da gördüm. Fasilədən sonrakı ilk oyunlara gəlincə, yığmaya dəvət olunacaq futbolçulardan razıyam. Əgər ayrı-ayrı klubları götürsək, AZAL və "Simurq"un oyununu qeyd edərdim, AZAL-ın oyunlarını izləmişəm, bu qələbələri təsadüf saymaq olmaz. "Qarabağ" və "İnter" də gözəl oyun nümayiş etdirir". 
 
Prosineçki millinin Antalyada qarşılaşacağı rəqib haqda bunu dilə gətirib:
 
 "Mənə bu gün rəqibin kimliyi barədə dəqiq məlumat verəcəklərini deyiblər. Bundan sonra mən sizə ətraflı danışa bilərəm"
 
Baş məşqçi yığma komandaya milliləşdirilmiş futbolçuların çağrılmasına belə münasibət bildirib:
 
"Fikrimcə, əcnəbi futbolçuları milliləşdirməyə dəyməz. Biz azərbaycanlı futbolçulardan ibarət yeni komanda yaratmağa çalışacağıq. İnanıram ki, gözəl komanda fomalaşdırıb gözəl oyun sərgiləyəcəyik".

Xəbər xətti