"Xəzər Lənkəran"a qol vuran futbolçu: "Bunun öhdəsindən gəldiyim üçün çox sevinirəm"

00:18 - 12 Fevral 2015

"Çox çətin olsa da, bunun öhdəsindən gələcəyimizə inanıram"
 
Premyer Liqanın 21-ci turunun son matçında "Neftçi" doğma meydanda "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub etdi.  
 
Oyunda ikinci qolun müəllifi Samir Məsimov qarşılaşma haqda öz fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
 
"Bizim üçün çox vacib oyun oldu. Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq. Sevinirik ki, qalib gələ bildik. Biz bundan sonra çalışacağıq ki, əvvəlki formamızı bərpa edək. Məqsədimiz çempion olmaqdır.Təbii ki, bunu etmək bizim üçün asan olmayacaq. "Qarabağ"la qarşıdakı turlarda iki oyunumuz var, onları qələbə ilə başa vurmaq çox vacibdir. Çox çətin olsa da, bunun öhdəsindən gələcəyimizə inanıram".
Məsimov yaşadığı qol sevincinə belə münasibət bildirib:
"Mən bundan qabaq daha çox ehtiyat oyunçular arasında oturmuşam. Qol vurduqdan sonra da sevincimi orada oturmaqla qeyd etdim. Məqsədim hər bir oyunda meydana çıxaraq komandama dəyərli futbolçu olduğumu göstərməkdir, bunun öhdəsindən gəldiyim üçün çox sevinirəm "

Xəbər xətti