"Simurq" da cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, İK Premyer Liqanın 21-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan Premyer Liqasının XXI turunun “Simurq” – “Qəbələ” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Dmitri Bezotosnı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
saytlarin hazirlanmasi