"Sumqayıt" rəsmisi gəzən söhbətlərə son qoydu: "Bu necə ola bilər?"

12:02 - 14 Fevral 2015

"Belə bir şeyin olması mümkün deyil"
 
Son günlər mətbuatda ən çox müzakirə olunan mövzülardan biri də "Bakı" - "Sumqayıt" matçından əvvəl "Sumqayıt"ın heyətində AFFA-nın göstərişi ilə dəyişiklik olması, millimizin baş məşqçisi Robert Prosineçkinin oyunu izlədiyinə görə, Təvəkkül Məmmədovun start heyətdən çıxarılması, əvəzinə Orxan Əliyevin meydana buraxılması məsələsidi.
 
Bu məsələyə klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
 
"Bu məsələyə ilk olaraq ordan başlayım ki, Orxan Əliyev qış fasiləsindən sonra cəmi 1 oyunu "İnter"lə oyunu buraxdı ki, buna səbəb futbolçunun əsgərlik məsələsinin olması idi. Orxan cəmi 2 məşq və 1 oyunu buraxdı, problem həll olduqdan sonra Əliyev yenidən komandaya qoşuldu və məşqlərə başladı. Ötən tur bizim üçün istirahət turu olduğu üçün "Rəvan"la yoxlama oyunu keçirdik, həmin oyunda da Orxan Əliyev 1 qol və iki qol ötürməsi ilə yadda qaldı. Qaldı ki, yazılan xəbərlərə görə Təvəvkkül Məmmədovun adı oyunun başlamasına 30 dəqiqə qalmış əsas heyətdən çıxarılmağına, bu necə ola bilər axı? Biz oyunun protokolunu matç başlamamışdan 75 dəqiqə əvvəl yazmışıq, orda da start heyətdə Orxan Əliyevin adı qeyd olunub. Sadəcə hər bir məşqçinin öz stili var və Aqil Məmmədov da start heyəti oyun günü açıqlayır. Bu söz-söhbətin hamısı əsassızdır. Belə bir şeyin olması mümkün deyil. Orxan Əliyev hazırda komanda ilə məşq edir, baş məşqçinin şans verəcəyi təqdirdə sabah AZAL0la oyunda meydanda olacaq".

Xəbər xətti