Xorvatiya klubu istəsə. Qurbanov komandada qalacaq
Xəbər verdiyimiz kimi, "Neftçi"nin hücumçusu Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" (Split) komandasına transfer olunub.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Qurbanovun müqaviləsinin müddəti 4 aydır. 4 aydan sonra əgər "Hayduk" futbolçumuzdan razı qalsa, klub "Neftçi"yə müəyyən qədər məvacib ödəməklə futbolçu ilə 3 illik müqavilə imzalayacaq. Məlumatda qeyd olunur ki, "Hayduk"un baş məşqçisi Qoran Vuçeviç bu transfer öncəsi millimizin baş məşqçisi Robert Prosineçki, məşqçiləri Yanko Yankoviç və Qordan Şipriçlə məsləhətləşib bu qərarı verib.
Qeyd edək ki, Hayduk hazırda Xorvatiya çempionatının 3-cü pilləsində qərarlaşır.
saytlarin hazirlanmasi