Aqil Məmmədov: "Sevindirici haldır ki..."

18:30 - 15 Fevral 2015

"Nəticə oyuna görə oldu"

 

Premyer Liqanıın XXII turuna Sumqayıtda start verildi. Həmin şəhərdə keçirilən “Sumqayıt” – AZAL oyununda qapılara qol vurulmadı. 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:

 

"Bakı” ilə oyundan sonra futbolçularda bir qədər ruh düşkünlüyü vardı. Bilirdim ki, AZAL ilə matç bizim üçün çətin olacaq. Sevindirici haldır ki, ardıcıl 3 oyundur qol buraxmırıq. Müdafiəçilərdən razı, hücumameyilli oyunçulardan narazıyam. Deyərdim ki, bu gün nəticə oyuna görə oldu”.  

Xəbər xətti