"2 qol vurduqdan sonra..."
Premyer Liqanın XXII turunda “Bakı”nı qəbul edən “İnter” 4-0 hesablı qələbə qazandı.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bunları qeyd edib:
"Hər birimiz bilirik ki, “Bakı”nın problemləri var. Biz sərbəst şəkildə oyuna çıxmalı idik. Oyunun əvvəlində qol vura bildik. Futbolçularımın 4 qol vurması məni sevindirir. Amma bir məsələ də var ki, 2 qol vurduqdan sonra oyunçularım ötürmələrdə səhvlər edirdilər. Qarşıda bizim çox çətin oyunlarımız var, qrafik sıxdır."
saytlarin hazirlanmasi