Muarem Muarem: "Yaxşı ki, o qolu vurduq, yoxsa..."

20:20 - 15 Fevral 2015

"Bu barədə danışmaq tezdi"

 

"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem Premyer Liqanın XXII turu çərçivəsində keçirilən "Qarabağ" - "Simurq" (1:0) matçından sonra maraqlı fikirlər səsləndirib.

 

Sportal.az-a açıqlamasında Muarem bunları qeyd edib:

 

"Epizodlarımız çox oldu. Düzdür rəqibimiz də bəzi təhlükəli epizodlar yaradırdı. Yaxşı ki, qolu vura bildik, yoxsa sora bizim üçün çox çətin olacaqdı. Çempionluq  barədə danışmaq tez olsa da, belə oynamağa davam etsək çempion bizik. Qarşıda "Neftçi" ilə çətin oyun olsa da, bu oyuna ciddi hazırlaşıb əlimizdən gələni edəcəyik. "Neftçi" bu tur "Qəbələ" üzərində vacib 3 xal qazandı. Bu bizi qorxutmasa da, həyəcan siqnalı ola bilər."

Xəbər xətti