Qara Qarayev: "Çempionluq barədə düşünmürük"

20:40 - 15 Fevral 2015

"Ən çox istədiyim oyun "Neftçi"yə qarşı olan oyundu"

 

"Qarabağ"ın gənc yarımmüdafiəçisi Qara Qarayev Premyer Liqanın XXII turu çərçivəsində keçirilən "Qarabağ" - "Simurq" (1:0) matçından sonra öz fikirlərini bölüşüb.

 

Sportal.az saytına açıqlamasında Qarayev bunları qeyd edib:

 

"Çox çətin oyun olsa da, maraqlı keçdi. Oyunun gedişində elə vaxt oldu ki, "Simurq" 5 futbolçu ilə hücüma keçdi. Buda bizim geridə daha çox oynamağımıza səbəb olurdu. Çempionluq barədə danışmaq məncə tezdir. Bu barədə düşünmürük. Oyunumuza fikir versək çempionluq özü gələcək. Çempionatda ən çox istədiyim oyun"Neftçi"yə qarşı olan oyundur ki, növbəti turda reallaşacaq. Bizi çətin oyun gözləyir. Lakin meydana çıxıb öz oyunumuzu göstərməyə çalışacağıq. Azarkeşlərə də dəstəklərinə görə çox sağol deyərək "Neftçi" ilə oyuna çağırıram."

Xəbər xətti