"İndidən demək çətindir ki, mövsümü neçənci yerdə bitirəcəyik"
"İnter"in futbolçusu Əfran İsmayılovun Sportal.az-a müsahibəsi:
- Premyer Liqanın 22-ci turunda "Bakı"ya 4:0 hesabı ilə qalib gəldiniz. Oyun haqda fikirlərini bildirərdin...
- Digər rəqiblərimiz qələbə qazanmışdı,"Bakı"da problemlər olmasına baxmayaraq rəqibə ciddi yanaşmalıydıq, rəqib komandada problem olsa da, olmasa da, bizim üçün əsas olan 3 xal idi. Əgər biz çempionluq və ya avrokuboklar uğrunda mübarizə aparırıqsa, hər oyunda 3 xal üçün meydana çıxmalıyıq.
- Bu oyunda sabiq komanda qarşı oynadın. dubl etmənə baxmayaraq heç bir qolda sevinmədin..
- "Bakı"da az müddətdə olmağıma baxmayaraq, mənim üçün sevimli komandadır. İndi də komanda ilə əlaqələrim var, hallarına üzülürəm, tez-tez futbolçularla əlaqə saxlayıram. İnşallah qısa zamanda "Bakı"da hər şey düzələcək, artıq bu barədə yüksək vəzifədə olanların da məlumatı var, hamı çalışır ki, bu problemləri aradan qaldırsın.
- "İnter"in qış fasiləsindən sonrakı çıxışını necə dəyərləndirirsən?
- Hər şey qaydasındadır, 3 oyuna 7 xal qazandıq, "Sumqayıt"la oyunu unutmalıyıq, təlim-məşq toplanışından yeni gəlmişdik, bir başa təbii meydançadan gəlib süni örtüklü meydançada oyuna çıxdıq. Həm də nəzərə alın ki, "Sumqayıt" da oyun baxımından gündən-günə daha da artırır. Qış fasiləsində heyətimizə yeni oyunçular da cəlb etdik və geniş bir heyətimiz var. İndidən demək çətindir ki, mövsümü neçənci yerdə bitirəcəyik. Əlbəttə ki, medallar uğrnda mübarizə aparırıq.
- Bir neçə gündən sonra milli komandanın təlim-məşq toplanışı baş tutacaq. Toplanışa dəvət alacağını gözləyirsən?
- Həmişə istəyərəm ki, milli komandada oynayım. Dəvət etsələr, gedib canla. başla oynayacam, çağırmasa da həvəsdən düşməyəcəm.
- Mövsümün ilk yarısında "Xəzər Lənkəran"da oynayarkən millimizin baş məşqçisi Robert Prosineçki sənin oyununu bəyəndiyini bildirmişdi...
- Yəqin ki, oyunlarıma baxdığı üçün tərifləmişdi. Bir daha təkrar edirəm, toplanışa çağırsalar milliyə gedib əlimdən gələni edərəm, çağırmasalar da biləcəm ki, nəsə çatışmazlıqlarım var, çalışacam onları düzəldim və birsonrakı toplanışa dəvət alım.
saytlarin hazirlanmasi