Həmkarımıza yeni təyinat verildi

15:12 - 16 Fevral 2015

Məmmədov icraçı direktor postuna təyin edildi
 
Cari mövsümün əvvəlində gözlənilmədən Premyer Liqada iştirakdan imtina edən "Araz Naxçıvan" hazırda Naxçıvanın daxili birinciliyində çıxışını davam etdirir.
 
Muxtar respublika təmsilçisi yenə Premyer Liqada iştirakı hədəfləyib. Bir müddət əvvəl "Araz Naxçıvan"ın məşqlərə başlayıb, heyətini yenidən formalaşdırdığını xəbər vermişdik. Hər şey yolunda getsə, komanda birinci diviziona qatılacaq.
 
Sportal.az xəbər verir ki, elitaya qayıtmağı hədəfləyən Naxçıvan klubunda yaxınlarda bir təyinat rəsmiləşib. Klubun icraçı direktoru postuna həmkarımız - Ceyhun Məmmədov gətirilib. "Araz Naxçıvan" Premyer Liqada çıxış edəndə klubun mətbuat xidmətinin rəhbəri idi. İndi isə Məmmədova icraçı direktor postu həvalə olunub. (komanda.az)

Xəbər xətti