"Demək olmaz ki, 90 dəqiqə meydana çıxıb hansısa kluba qarşı oynayar"
Millimizin Antalya toplanışına dəvət alan futbolçulardan biri də Anton Krivotçukdur. Hazırda klubsuz olan ukrayna əsilli futbolçu ilk dəfədir əsas millimizə dəvət alıb. Anton 17 yaşlılardan ibarət milli komandamızda forma geyinir və bir müddət "Sumqayıt" klubunda məşq edib.
Futbolçu haqda ətraflı məlumatı "kimyaçılar"ın baş meneceri Ceyhun Sultanov Sportal.az-a açıqlamasında verib:
"Anton Krivotçuk "Sumqayıt"ın heyətində bir müddət məşq edib, perspektivli futbolçudur. Sol cinah müdafiəçisidir, ancaq onu demək olmaz ki, 90 dəqiqə meydana çıxıb hansısa kluba qarşı oynayar. Ancaq öz mövqeyində yaxşıdır, özünü göstərsə, daha irəli yerlərə gedə bilər".
saytlarin hazirlanmasi