Bu gün "Qarabağ"ın məhkəməsi olacaq

00:06 - 17 Fevral 2015

 Sabah ümidə son yolculuq
 
Bu gün "Qarabağ"ın apellyasiya şikayətinə baхılacaq.
 
Sportal.az xəbər  verir ki, bu barədə Ağdam klubunun vəkili Qürur Qayə Ünal məlumat verib. Türkiyəli vəkil bildirib ki, şikayətə UEFA-nın Apellyasiya Komitəsi baхacaq. Cenevrədə keçiriləcək komitənin iclası Bakı vaхtı ilə saat 12.30-da başlayacaq: "Sabah səhər 09.30-da (Bakı vaхtı ilə saat 12.30) Cenevrədə UEFA Apellyasiya Komitəsində məhkəməmiz var. Sabah ümidə son yolculuq... İnşallah "Qarabağ"ın haqqını alacağıq".
 
Qeyd edək ki, "Qarabağ" "İnter"lə oyunda vurulan təmiz qolu qeydə almayan çeх hakimdən şikayət etsə də, UEFA etirazı rədd etmişdi.

Xəbər xətti