Braziliyalı üçün mövsüm bitdi
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo ikinci dəfə əməliyyat olunub.
Sportal.az futbolxeber.az-a istinadən xəbər verir ki, əməliyyat futbolçunun vətənində, Braziliyada baş tutub. Bununla da Çumbinyo üçün cari mövsüm bitib. O, yalnız yayda yenidən yaşıl meydanlara qayıda bilər.
Saytımıza klubdan verilən məlumatda da bu xəbəri təsdiqləyiblər və onun daha 6 ay meydanlardan kənar qalacağı bildirilib. Əməliyyata səbəb isə futbolçunun ayağında şişmələrin meydana gəlməsi olub. Qeyd edək ki, Çumbinyonun may ayında "Qarabağ"la müqaviləsi başa çatır.
saytlarin hazirlanmasi