Məşhur teleaparıcı: "Sabah "Qarabağ" üçün stadionda olacağıq"

12:31 - 18 Fevral 2015

"Ladies of "Qarabağ" fan klubu "Neftçi" ilə oyunda  iştirak edəcək
 
Sabah Premyer Liqanın 23-cü turunda "Qarabağ" səfərdə "Neftçi"nin qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, bu oyunda Ağdam təmsilçisinin  xanım azarkeşlərindən ibarət olan "Ladies of "Qarabağ" fan klubu da stadionda olacaq.  Fan klubun rəhbəri Günay Yelmarqızı saytımıza açıqlamasında bu barədə ətraflı məlumat verib:
 
"Fan klubumuz xanımları sabahkı oyunda komandamıza dəstək olmağa çağırıb, "Neftçi" ilə oyun ən maraqlı qarşılaşmalardan biri sayılır və bir derbidi.  Çox istəyirik ki, xanımlar bu oyunda "Qarabağ"a stadiondan dəstək olsunlar. Ümid edirəm, xanımlar sevimli komandalarını tək qoymayacaqlar. Biz sabah "Qarabağ" üçün stadionda olacağıq.  Çempionatda fan klub olaraq, ilk dəfə bir oyunda iştirak edəcəyik. İnanıram ki, üzvlərimiz bizi yalnız qoymayacaq".

Xəbər xətti