"Onda biz başqa cür hərəkət etməliydik?"
Xəbər verdiyimiz kimi, ötən günlərdə "Neftçala" yoxlama oyununda "Şuşa"nı 2:1 hesabı ilə qalib gəldi. Bu matçda maraqlı bir hadisə yaşanıb. Belə ki, hakim "Şuşa"nın əleyhinə penalti təyin edib. Bu zaman qapıçı hakim qərarına etiraz edərək qapını tərk edib və "Neftçala"nın futbolçusu topu boş qapıya göndərib.
Bu məsələni "Neftçala"nın baş məşqçisi Kamal Quliyev Sportal.az-a açıqlamasında dəyərləndirib:
"90 dəqiqə ərzində ağzımı açıb oyuna müdaxilə etmədim, çünki komandama tapşırmışdım ki, mən və məşqçilər heyəti oyuna müdaxilə etməyəcəyik. Bunu komandanın düzgün oynaması baxımından bunu etmişdim. Həmin epizodda yenə danışmadım. I Divizionda "Şuşa" özünəməxsus oyunu ilə seçilən rəqibdi. "Şuşa"nın qapıçısının etdiyi hərəkəti böyük bir tərbiyəsizlik adlandırardım. İstənilən halda oyunda hakimin qərarı var, buna da hörmətlə yanaşırıq. Hazırda I Divizionda 1-ci yerdə olduğumuz üçün digər rəqiblər istər yoxlama, istərsə də çempionat oyunlarında sona qədər mübarizə aparır. Oyunda elə epizodlar oldu ki, hakim bizə qarşı da qərar verdi, onda biz başqa cür hərəkət etməliydik? Bu hərəkə peşəkarlığa yaraşmırdı, bunun da bir adı var: tərbiyəsizlik. Belə bir hərəkətin yeri yox idi, o ki qaldı, hansı komandanın güclü olduğuna, turnir cədvəli hər şeyi açıq-aydın göstərir".
saytlarin hazirlanmasi