Ağdam klubundan Paytaxt təmsilçisinə ismarıc
Azərbaycan Premyer Liqasının 23-cü turunun sabah “Neftçi”yə qarşı keçiriləcək oyunu ilə əlaqədar “Qarabağ” paytaxt təmsilçisinə müraciət edib.
Sportal.az klubun rəsmi saytına istinadən məlumatı diqqətinizə çatdırır:
“Premyer Liqanın XXIII turunda keçiriləcək “Neftçi” - “Qarabağ” oyununa Əliyar Ağayev təyinat alıb.
Əliyar Ağayevin iki tur öncə idarə etdiyi “Neftçi” – “Simurq” qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün “Neftçi” – “Qarabağ” görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq “Neftçi” PFK-ya müraciət edirik:
“Neftçi” – “Qarabağ” matçına təyinatlar açıqlandıqdan sonra Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik”.
saytlarin hazirlanmasi