Aləm bir-birinə dəydi
Premyer Liqanın XXIII turu çərçivəsində keçirilən AZAL - "İnter" (1:1) matçından sonra qalmaqal yaşanıb.
Sportal.az-ın stadionda olan əmakdaşının verdiyi məlumata görə, oyundan sonra apltardəyişmə otağında "İnter"in baş məşqçisi Kaxaber Sxadadze və AZAL-ın futbolçuları arasında qalamaqal yaşanıb. "İnter"in futbolçularının da meydana daxil olması ilə, ara daha da qızışıb. Bir neçə futbolçu hadisə nəticəsində yerdə qalıb. Yan xətt hakimin də üzərinə hücum şəkildiyi deyilir.
Qeyd edək ki, hadisə əsnasında"İnter"in 19 nömrəlisi Meza Kollinin yerə yıxılması hadisənin böyüməsinə səbəb olub.
saytlarin hazirlanmasi