"Belə hərəkət yolverilməzdir"
Premyer Liqanın XXIII turu çərçivəsində keçirilən AZAL - "İnter" (1:1) matçından sonra yaşanan məlum qalmaqalla bağlı AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov kəskin şəkildə etirazını bildirib.
Sportal.az-a açıqlamasında Fikrət Hüseynov bunları qeyd edib:
"Oyunla bağlı onu deyə bilərəm ki, hər zamankı kimi "İnter"lə matçımız gərgin keçib. Onlar heç-heçə ilə razılaşmaq istəmirdilər. Oyundan sonra baş verən hadisəni qəbul etmək olmur. Təbii ki, bir baş məşqçi olaraq futbolçularla birlikdə sanki meydanda vuruşmaq istəyirdilər. Yan hakimin üzərinə şığıyaraq ən nalayiq ifadələrlə hücum çəkməsi Sxadadzeyə yaraşan hərəkət deyildi. "İnter"i tərk etməyinə 4-5 ay qalmış belə hərəkətlər etməsi başa düşülən deyil. Belə qeyri-idman hərəkətləri daim pisləmişəm. Biz, Tərlan müəlimlə birlikdə hadisəni sakinləşdirməyə çalışsaq da, qarşı tərəf daha da qızışdırmağa çalışırdı. Hakimlər Komitəsinin sədri də, oyunu izləyirdi. Yəqin ki, oyunun protokolunda bunlar hamısı qeyd olunacaq və cəzası veriləcək.
saytlarin hazirlanmasi