"Bu oyun vacib idi"
Premyer Liqanın XXIII turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi doğma meydançasında “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub etdi.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:
“Şərhim qısadır. Biz bu oyuna qələbə üçün çıxmışdıq. Buna da nail olduq. Əsas məsələ 3 xal qazanıb, psixoloji durumu düzəltməli idi. Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı”.
saytlarin hazirlanmasi