Aqil Məmmədov: "Bu gün heç nə itirmədik"

19:35 - 19 Fevral 2015

"Maraqlı oyun alındı"

 

Premyer Liqanın XXIII turunda keçirilən “Simurq” – “Sumqayıt” oyununda qalib müəyyənləşmədi – 1:1. 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov oyundan sonra bunları qeyd edib:

 

"Maraqlı oyun alındı. İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci hissədə vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.  

Xəbər xətti