Qurban Qurbanov: "Əsl futbol ab-havası gördük"

21:25 - 19 Fevral 2015

"Onları təbrik edirəm"

 

Premyer Liqanın XXIII turu “Neftçi” – “Qarabağ” oyunu ilə əlamətdar oldu. Bütün çempionatların iştirakçılarının oyununda qonaqlar qalib gəldilər. Çempionatımızın sonuncu bombardiri Reynaldonun qolu oyunda yeganə oldu. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

 

“Futbolçularımı təbrik etmək istəyirəm. Çox diqqətli oynadılar. 90 dəqiqə öz oyun tərzimizi itirmədik. "Neftçi”yə qarşı oynamaq, bu arenada oynamaq çox xoşdur. Əsl futbol ab-havası gördük.  Fanatlar çox möhtəşəm idi. Onları təbrik edirəm".

Xəbər xətti