"Mübarizəni sona kimi aparacağıq"
Premyer Liqanın XXIII turunda “Neftçi” – “Qarabağ” (0:1) matçı keçirilib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov maraqlı fikirlər səsləndirib:
"Bu oyunda bizə 3 xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü "Qarabağ"a verdik. İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf,son dəqiqələrdə qol buraxdıq. Etiraf etmək lazımdı ki, "Qarabağ"ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var. Biz isə bundan sonra da hər oyuna 3 xal üçün çıxıb, mübarizəni sona kimi davam etdirəcəyik".
saytlarin hazirlanmasi