Rəşad Sadiqov: "Milliyə belə getsəydim, daha da pis olardı"

11:34 - 20 Fevral 2015

"Amma demək olmaz ki, bu qələbə ilə komandada hər şey dəyişəcək"
 
Xəbər verdiyimiz kimi, dünən "Xəzər Lənkəran"la oyunda zədələnən "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov bu səbəbdən millinin heyətindən ayrı düşüb.
 
Bu barədə Sportal.az-a açıqlamasında Rəşad Sadiqov bu sözləri dilə gətirib:
 
"Hər ziyanda bir xeyir var, zədəli halda milliyə getmədim, belə getsəydim, bəlkə daha  da pis olardı. Əsas odur, zədəmi sağaltdıqdan sonra çempionat oyunlarında özümü yaxşı tərəfdən göstərim. Millimizin yeni baş məşqçisi Robert Prosineçki oyunları izləyir və inanıram ki, yenidən dəvət göndərəcək".
 
Dünən "Qəbələ" "Xəzər Lənkəran"ı məğlub etməklə ardıcıl 3 uğursuz oyundan sonra 3 xal qazandı. Təcrübəli futbolçu bu qələbə haqda öz fikirlərini paylaşıb:
 
"Bu qələbəmiz bizim üçün sevindirici oldu ki, 3 turdan sonra qələbə qazandıq. Amma demək olmaz ki, bu qələbə ilə komandada hər şey dəyişəcək. Çalışmaq lazımdır ki, oyunumuzda yaxşı mənada dəyişiklik edək və xallar toplayıb avrokuboklara vəsiqə qazanaq. Hər komandada qələbədən sonra inam yaranır. Bu da növbəti oyunlarda bizə kömək edəcək".
 

Xəbər xətti