Ramin Musayev barmaq silkələdi: "Bu məsələni araşdıracağıq"

12:00 - 20 Fevral 2015

"Həm "Neftçi",  həm "Qarabağ" hakimlikdən şikayət etməyə bir səbəb tapa bilməz"
 
Dünən Premyer Liqanın 23-cü turunun mərkəzi qarşılaşmasında "Qarabağ" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdi.
 
Oyundan sonra PFL prezidenti Ramin Musayev oyun haqda fikirlərini Sportal.az-la bölüşüb:
 
"Maraqlı oyun alındı, hər iki komanda gözəl oyun sərgilədi, hər iki tərəfdən də razı qaldım. Həm "Neftçi", həm "Qarabağ" hakimlikdən şikayət etməyə bir səbəb tapa bilməz. Xüsusi ilə də, "Neftçi"də 16 nömrəli futbolçunu (Əziz Quliyev) çox bəyəndim, qapıçı Aqil Məmmədovdan danışmağa ehtiyac yoxdur".
 
PFL prezidenti AZAL - "İnter" matçından sonra baş verən insidentlər və AFFA nümayəndəsi PFL operatorunun oyundan sonra çəkiliş etməsinə icazə verməməyi barədə məsələyə belə şərh verib:
 
"Bu məsələni araşdıracağıq, narahat olmayın".

Xəbər xətti