"Qalmaqal olan yerə..."
Premyer Liqanın XXIII turu çərçivəsində keçirilən qalmaqallı AZAL - "İnter" (1:1) matçından sonra meydan sahiblərinin qapıçısı Stanislav Namaşko oyun haqqında fikirlərini bölüşüb.
Sportal.az-a açıqlamasında Namaşko oyunun 88-ci dəqiqəsində Aleksandr Şemonayevin Asif Məmmədova cərimə meydançasında etdiyi hərəkətlə bağlı məqama da toxunaraq bunları qeyd edib:
"Oyun haqqında onu deyə bilərəm ki, çətin olsa da 1 xal qazandıq. Bu nəticə liderlik uğrunda mübarizə aparan klubla oyunda qazanıldığı üçün yaxşı dəyərləndirilə bilər. Oyunun sonlarına yaxın Şemonayevin rəqib futbolçuya etdiyi hərəkətlə bağlı isə onu deyə bilərəm ki, hakim epizoda daha yaxın idi və fikrimcə, düzgün qərar verərək penalti qeydə almadı. Düşünürəm ki, gələcək turlarda qələbə üçün meydana çıxıb 3 xalı qazanmağa çalışacağıq. Oyundan sonra baş verən qalmaqala gəlincə isə, mən hadisə yerinə gec gəldiyim üçün heç nə deyə bilmərəm.
saytlarin hazirlanmasi