"Bilmirəm, başqa nə cür penalti olur?"
"Çətin oyun oldu, ilk dəqiqələrdə gözlənilməz qol buraxdıq, bundan sonra toparlanmaq bir az çətin olsa da, bunu bacardıq. Xüsusi ilə ikinci hissə şanslarımız oldu, bir epizodda zərbə vurdum top azacıq dirəyin yanından çölə çıxdı. AZAL-da qapalı komandadır, onlar da müdafiəyə çəkildi. Qələbə qazanmalı olduğumuz bir oyundu, amma alınmadı".
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in futbolçusu Asif Məmmədov bildirib. O, matçın son dəqiqələrində cərimə meydançasında ona qarşı olan kubudluq və hakimin bu epizoda davam işarəsi verməsinə isə belə şərh verib:
"100 faizlik penalti idi, amma bilmirəm Fariz Yusifov niyə penalti vermədi. Hətta həmin epizodda ağzımdan zərbə aldım və ağzımdan qan gəlirdi. Video təkrara baxdıqda aydın görünür ki, Şemonayev mənə qarşı əllə oynayır".
Asif AZAL-ın qapıçısı Stanislav Namaşko mətbuata açıqlamasında "həmin epizodda penalti yox idi, sadəcə Şemonayev korpusla oynadı" ifadəsinə belə reaksiya verib:
"Bilmirəm, başqa nə cür penalti olur. Korpusla oynamaq başqa şeydir, əllə oynamaq başqa şey. Orda Şemonayev əli ilə tutur və ağzıma zərbə vurur. Mənim üçün maraqlıdır, hakim niyə penalti vermədi".
Məmmədov oyun sonra hər iki komanda arasında baş verən qalmaqala belə münasibət bildirib:
"Orda heç kim heç kimi vurmurdu. Futbolun gözəlliyi odur ki, oyundan sonra futbolçular bir-biri ilə mübahisə və müzakirə etsinlər. Məsələni bu yerə gətirən polislər və mühafizəçilər oldu. Onlar futbolçuları ora-bura dartırdı, sonda da böyük qalmaqala səbəb oldu. Bu məsələni bu qədər də şişirtmək lazım deyil. bir daha təkrar edirəm, bu hadisənin yeganə səbəbkarı polislərdi".
"İnter"in "11" nömrəsi adətən meydana ikinci hissədə daxil olur. O, start heyətində meydana çıxmamasına belə aydınlıq gətirib:
"Bu haqda baş məşqçidən soruşsanız, daha yaxşı olar. Mən həmişə komandama kömək etməyə hazıram. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Hazırda da 90 dəqiqə meydanda olmağa özümü tam hazır hiss edirəm"
saytlarin hazirlanmasi