Futbolçuların üzü gülür
Bir gecənin içində 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsinə qalxdı. Sadə desək, bir gecənin içində çox adamın hesab-kitabı alt-üst oldu.
Dolların qalxması bilavasitə ölkə futboluna da ağır zərbə oldu. Niyə?
Çünki əksər klublarımızın futbolçularla, əsasəndə, legionerlərlə müqaviləsi dollarla bağlanıb. Və aylıq ödənişlər də dollarla aparılır. Dünənə qədər 156 min manat (200 min dollar) illik maaş alan futbolçu indi 200 min manat almış olacaq.
Qeyd edək ki, Rusiyada da oxşar problemlər yaşanır. Bu yaxınlarda milli komandanın baş məşqçisi Fabio Kapello Rusiya Futbol İttifaqını dələduzluqda ittiham eləyib. Belə ki, Kapello müqaviləni avroyla bağlasa da, federasiya qeyd olunan məbləği rublla ödəmək istəyib. Kapello isə məzənnənin dəyişkən olduğu üçün bunu dələduzluq adlandırıb.
Sportal.az
saytlarin hazirlanmasi