Leroy Corc cərimədən yaxa qurtara bilmədi
Qış fasiləsindən sonra Premyer Liqada fırtına kimi əsən “Qarabağ” rəqib tanımır. Qurban Qurbanovun komandası keçirdiyi bütün oyunlarda qələbə qazanıb.
Lakin ardıcıl qalibiyyətlərə baxmayaraq, baş məşqçi futbolçuların rahatlaşmasına imkan vermir. Bir müddət əvvəl “Qarabağ”da artıq çəkisi olan futbolçuların cəriməyə məruz qalacağı ilə bağlı xəbər vermişdik. Və artıq Qurban Qurbanov bir futbolçunu cərimələyib.
Sportal.az-ın əldə etdiyi məlumata görə, cəriməyə məruz qalan futbolçu Leroy Corcdur. Hollandiyalı yarımmüdafiəçi 2500 dollar məbləğində cərimələnib. Bu qərar digər futbolçular üçün də ciddi mesaj olub.
saytlarin hazirlanmasi