"Sumqayıt"ın aparıcı oyunçusu: "Bu toplanışda yer alacağımı gözləyirdim" MÜSAHİBƏ

12:15 - 22 Fevral 2015

"Prosineçkinin məni bəyəndiyini də eşitmişdim"

 

"Sumqayıt"ın aparıcı və perspektivli futbolçularından olan Tərzin Cahangirov Sportal.az saytının suallarını cavablandırıb.

 

- Son turda çətin Zaqatala səfərindən 1 xalla qayıtdınız. Bu barədə nə deyərdin?

- Son turlarda “Simurq” çox yaxşı təsir bağışladığı üçün çətin olacağını bilirdik. Hər zaman Zaqatalada onlar baxımlı futbol sərgiləyir. Lakin bizim də öz oyun üslübumuz var. Ona görə də səfərdən 1 xalla qayıtdığımız üçün sevinirik.

 

- “Sumqayıt”da işlər necə gedir? Karyerandan razısan?

- Mən buraya gəldiyim gündən xoşbəxtəm. Burada hər şey yaxşıdır. Həm futbolçular, həm də məşqçilər arasında isti münasibət var. Hər şey yolundadı.

 

- Bildiyimiz kimi, müqavilə ilə “Qəbələ”yə məxsussan. Qriqorçukun gəlişindən sonra “Qəbələ”yə dönmək barədə bir danışıq olmayıb?

- Xeyr, belə bir şey olmayıb. Mən bu haqda danışmaq istəmirəm. Sadəcə, “Qəbələ”yə uğurlar.

 

- Səncə, “Sunmqayıt”ın son sıralarda yer almasına səbəb nədir?

- Mən bunu bəxtsizlik adlandırardım. Hər oyun baxımlı oyun göstəririk. Bəzən elə bir hal baş verib ki, oyun cəhətdən üstün olsaq da, məğlub olmuşuq.

 

- Turnirin sonunda komandanı neçənci pillədə görürsən və neçənci pillə sizin üçün qənaətbəxş sayılar?

- Həqiqətən biz ən azı ilk 4-lüyə düşməyə layiqik və həmin pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik.

 

- Komandanın aparıcı oyunçularından sayılırsan. Səncə səni “Sumqayıt” üçün əvəzedilməz fubolçu adlandırmaq olar?

-Əvəzedilməz futbolçu yoxdu. Lakin çalışıb elə oynamaq lazımdır ki, formanı heç kimə verməyəsən.

 

- Bildiyin kimi, millimiz Antalyada təlim-məşq toplanışındadır. Bu toplanışda gənclərə üstünlük verməsi diqqətdən qaçmır. Səncə, nə vaxtsa səni də milliyə dəvət edəcək?

- Açığı mən bu toplanışda yer alacağımı gözləyirdim. Eşitdiyimə görə də, mənim oyunumu bəyənmişdi. Lakin çağırılmadım. Millinin qapısı hər zaman futbolçulara açıqdı. Ona görə də, inşallah nə vaxtsa millinin şərəfini qorumaq mənə də nəsib olar.

 

- Növbəti turda sizi çətin “Neftçi” sınağı gözləyir. Bu haqda fikirlərin?

- Bizim”Neftçi” ilə oyunlarımız hər zaman maraqlı alınıb. İnanıram ki, bu oyunda da maraqlı matç olacaq və çətin olsa da, 3 xalı qazanacağıq. Azarkeşlərimizdən də bu oyunda bizə dəstək olmağa çağırıram.

 

 

Orxan Həsənquliyev

Xəbər xətti