Azərbaycanda "Bakı", İtaliyada "Parma"
Son bir ildə “Bakı” klubunun pulsuzluqdan əziyyət çəkməsi artıq heç kimə sirr deyil. Həmişə yüksək yerlər uğrunda mübarziə aparan klub artıq Premyer Liqanın autsayderinə çevrilib.
Digər tərəfdən aylardır maaş almayan futbolçular da son vaxtlar oyuna çıxmaq istəmirlər. Bunu nəzərə alan AFFA rəhbərliyi nəzarəti öz əlinə götürüb və futbolçuların, məşqçilərin 1 aylıq maaşını ödəyib.
Oxşar hadisə İtaliyada da yaşanır. Maliyyə problemləri olan “Parma” klubu A seriyasında mübarizəni dayandıra bilər. Lakin ölkənin futbol federasiyasının rəhbərliyi klubu heç olmasa mövsümün sonuna qədər A seiyasında saxlamaq istəyir. Bunun üçün də İFF “Parma”ya 5 milyon avro pul ayırmaq qərarına gəlib.
Qeyd edək ki, bu turun “Parma” – “Udineze” oyunu təxirə salınıb. Buna səbəb “Parma”nın oyun zamanı meydanda işləyən stüardların pulunu ödəməyə imkanı çatmaması olub.
saytlarin hazirlanmasi