Babək Quliyev qar təmizlədi, oyun təxirə salınmadı VİDEO
21:07 - 23 Fevral 2015
Sabiq FİFA referesi "Neftçi" – "Qarabağ" matçında
Bu gün U-17 Liqasında 14-cü turun oyunları keçirilib. Turun maraqlı qarşılaşmalarından biri “Neftçi” ilə “Qarabağ” arasında olub.
Bu oyun baş tutmaya da bilərmiş. Buna səbəb meydançanın qarla örtülməsi olub. Oyunu təxirə düşməsi müzakirə olunsa da, stadion işçiləri, hakimlər briqadası köməkliyi ilə qarı təmizləmək mümkün olub.
Maraqlıdır ki, qarın təmizlənməsinə köməklik edənlər arasında sabiq FİFA referesi Babək Quliyev də olub. Beynəlxalq dərəcəli hakim oyunun təxirə salınmaması üçün əlindən gələni edib.
Əldə etdiyimiz məlumata görə, Babək Quliyev oyunu izləmək üçün stadiona gəlib.