"Bakı" kimi gənclərdən ibarət komandada 10 qol vurmaq elə də asan deyil"
Dünən Antalyada məbuat konfransı keçirən millimizin baş məşqçisi Robert Prosineçki çempionatımızın bombardiri Nurlan Novruzovu milliyə çağırmamağının səbəbini açıqlayıb. O, bildirib ki, Novruzov yaxşı hücumçu olsa da, onun oyun stilinə uyğun gəlmir.
Gənc forvard bu haqda öz fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
"Həmin açıqlamanı oxumuşam, bu barədə mən nə deyə bilərəm? Baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Ancaq onu demək istəyirəm ki, "Bakı" kimi gənclərdən ibarət komandada 10 qol vurmaq elə də asan deyil. İndidən sonra çalışacam, daha çox qol vurum və ümid edirəm Prosineçki bir müddət sonra oyunumu bəyənər. Bir gün xəyal etdiyim millinin formasını geyinib öz sözümü deyəcəm".
saytlarin hazirlanmasi